Cüdoçularımızdan növbəti medallar

Azərbaycanın 3 cüdoçusu Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu yarış günündə uğurlu çıxışı ilə diqqət çəkib.

Sportline.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev türkiyəli Mixael Zqankla, 100 kq-da Zelim Kotsoyev isə bolqarıstanlı Boris Georgiyevlə üz-üzə gəliblər.

Hər iki cüdoçu rəqiblərinə qalib gələrək, bürünc medal qazanıblar.

Yeganə qadın cüdoçu İrina Kindzerska finalda fransalı Roman Dikkoya məğlub olaraq gümüş medal qazanıb.