Cüdoçularımızdan uğursuz start

Azərbaycan cüdoçusu Orxan Səfərov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində çıxışını başa vurub.

Sortline.az xəbər verir ki, 66 kq-da mübarizə aparan idmançı 1/4 finalda gürcüstanlı Vaje Merqelaşviliyə uduzsa da, təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Amma İspaniya təmsilçisi Qaitero Martinə məğlub olan Səfərov bürünc medal şansını itirib. O, turniri 7-ci pillədə tamamlayıb.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər cüdoçularımız - Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şıxaəlizadə (66 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) uduzaraq, medal şanslarını itiriblər.