Cüdoçuların Paris Yay Olimpiya Oyunlarına hazırlığı davam edir
Azərbaycan cüdoçularının Paris 2024 Yay Olimpiya Oyunlarına hazırlığı davam edir.
Azərbaycan Cüdo Federasiyasından Sportline.az-a verilən məlumata görə, komanda üzvləri iyulun 1-dən etibarən İspaniyanın Benidorm şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Toplanışda qadınlar, böyüklər və gənclərdən ibarət yığmaların 30-dan çox idmançısı iştirak edir.
Hazırlıq prosesi iyulun 6-a qədər davam edəcək.
Cüdoçularımız Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin son mərhələsini Bakıda keçəcəklər.