Cüdoçumuz "Böyük dəbilqə" turnirinin finalında

Cüdoçumuz Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqə turnirinin finalına yüksəlib.

Sportline.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan 26 yaşlı idmançı, həlledici görüşədək 4 rəqibinə qalib gəlib.

O, ardıcıl olaraq, Avtandili Tçrikişvili, türkiyəli Mert Şişmanlar, hollandiyalı Yesper Smink və macarıstanlı Kristian Totu üstələyib. Həlledici qarşılaşmada Mehdiyevin rəqibi Nikoloz Şerazadişvili (İspaniya) - Nemanya Maydov (Serbiya) cütünün qalibi olacaq.