Cüdoçumuz dünya çempionatının finalında

Cüdoçumuz Rüstəm Orucov Tokioda keçirilən dünya çempionatında finala yüksəlib.

Sportline.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı yarımfinalda millinin digər üzvü Hidayət Heydərova qalib gəlib. Onun finaldakı rəqibi yaponiyalı Şohei Ono olacaq.

Heydərov isə bürünc medal şansını davam etdirir. O, bunun üçün Somon Mahmadbekovu (Tacikistan) üstələməlidir.