Cüdoçumuz finalda uduzdu

Azərbaycanın qadın cüdoçusu Aleksandra-Larisa Florian Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxıb.

Sportline.az xəbər verir ki, 57 kq çəkidə yarışan 24 yaşlı rumıniyalı legioner cənubi koreyalı Kim Can Di ilə üz-üzə gəlib. Azərbaycan təmsilçisi rəqibinə məğlub olaraq beşinci yerlə kifayətlənib.

Daha öncə Orxan Səfərov (66 kq) gümüş medala sahib olub.