Cüdoçumuz Meksikada qızıl medal qazandı

Meksikanın Kankun şəhərində veteran cüdoçuların dünya çempionatına start verilib. 

Sportline.az xəbər verir ki, yarışın ilk günündə seçmə komandamızın aktivinə bir qızıl medal yazılıb. 

Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində Rusiya, ABŞ və Braziliyadan olan rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Qeyd edək ki, bu, Rəcəblinin usta cüdoçular arasında qazandığı 8-ci dünya çempionluğudur.