Cüdoçumuz Qran-pri turnirinin qalibi olub

Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran-pri turniri yekunlaşıb.

Sportline.az xəbər verir ki, yarışın üçüncü-sonuncu günündə Elmar Qasımovla İrina Kindzerska komandamızın aktivinə növbəti medalları yazdırıb. 100 kq çəki dərəcəsindəki təmsilçimiz Elmar Qasımov bürünc medal uğrunda görüşdə misirli Ramazan Dərvişə qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Qadın cüdoçularımızdan +78 kq çəki dərəcəsində yarışan İrina Kindzerska bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb.

Qeyd edək ki, bunadək Gültac Məmmədəliyeva (52 kq) bürünc, Rüstəm Orucov (73 kq) isə gümüş mükafata yiyələnib.