Cüdoçumuzdan qızıl medal

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

Sportline.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı final görüşündə dünya çempionu Aaron Volfa (Yaponiya) cərimə xalı ilə qalib gəlib. Bununla da o, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan 154 min ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirində 13 cüdoçu ilə təmsil olunur. Onlardan Nicat Şıxəlizadə (66 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.