Cüzeppe getdi, Kannavaro gəlir

"Parma" baş məşqçisi Cüzeppe Yakini ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  58 yaşlı mütəxəssislə 2023-cü ilin yayınadək olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. İstefaya səbəb isə Canluici Buffonun da çıxış etdiyi komandanın B seriyasında 12-ci yeri tutması olub. "Parma" İtaliya B Seriyasının 38 oyununda 11 qələbə qazanıb, 16 heç-heçə edib və 11 məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, “Parma”nın baş məşqçi postuna Fabio Kannavaronun gətiriləcəyi gözlənilir.