Dadaşov İsveçrədə rəmzi heyətə düşdü

İsveçrə çempionatında 5-ci turun rəmzi komandası açıqlanıb.

Sportline.az xəbər verir ki, heyətdə “Qrasshopper”də çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da yer alıb. O, 7,3 balla rəmzi komandaya düşüb. Dadaşov “Sion”la 2:2 hesabı ilə başa çatan matçda komandasının 2-ci qolunu vurub.

Renat İsveçrə çempionatında 4 oyuna 3 qol vurub, 1 asist edib.

Banner