Dadaşovun komandası xal itirdi

Futbol üzrə Portuqaliya çempionatında 27-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, millinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti görüşə çıxıb.

Doğma meydanda “Aruka” ilə qarşılaşan komanda oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Renat da bu görüşün iştirakçısı olub. O, 8-ci dəqiqədə meydana buraxılıb.

Hazırda 22 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.