Daha 3 cüdoçumuz Avropa çempionatında yarışacaq

Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı davam edir. 

Sportline.az xəbər verir ki, bu gün daha 3 cüdoçumuz tatamiyə çıxacaq.

Rüstəm Orucov və Telman Vəliyev (hər ikisi 73 kq) 1/16 final, Murad Fətiyev (81 kq) isə 1/32 final mərhələsindən mübarizəyə qoşulacaq.

73 kq
1/16 final. Rüstəm Orucov - Klaudio Nunyes Dos Santos (Lüksemburq)
1/16 final. Telman Vəliyev - Vadim Şoka (Belarus)

81 kq
1/32 final. Murad Fətiyev - Yaromir Musil (Çexiya)

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (66 kq) qızıl medal qazanıb.