Tokio 2020: Daha 3 medal şansı

Bu gün Azərbaycanın 3 təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.

Sportline.az xəbər verir ki, qadınların 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında Dana Şandıbina, kişilərdə isə Vəli İsrafilov qüvvəsini sınayacaq. Şandıbina Bakı vaxtı ilə saat 05:40-da təsnifatda, İsrafilov isə 06:03-də final mərhələsində mübarizəyə start verəcək.

Son olaraq para-atlet Elmir Cəbrayılov 400 metr məsafəyə qaçışda medal qazanmağa çalışacaq. O, Bakı vaxtı ilə saat 15:12-də start xəttinə yaxınlaşacaq.

Qeyd edək ki, hazırda aktivində 10 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb. Tokio paralimpiadası sentyabrın 5-də başa çatacaq.