DÇ: Rüstəm Orucov "qızıl"ı əldən verdi
Budapeştdə cüdoçuların dünya çempionatı davam edir. Sportline.az xəbər verir ki, bu gün daha 4 cüdoçumuz mübarizəyə qatılıb.
Kişi cüdoçulardan 73 kq çəki dərəcəsində Avropa çempionları Hidayət Heydərov ilə Rüstəm Orucov yarışıb. R.Orucov mundialı gümüş medalla bitirib. H.Heydərov isə uğurlu çıxışla yadda qalsa da, sonda medalsız qalıb.
Qadınlardan isə Səkinə Zayirova və İçinxorlo Munxtsedevin cəhdləri uğursuz alınıb.
73 kq
1/32 final. Hidayət Heydərov - Ahmed əl-Meziati (Mərakeş)
1/16 final. Hidayət Heydərov - Aleksandru Rayku (Rumıniya)
1/8 final. Hidayət Heydərov - Maqdiel Estrada (Kuba)
1/4 final. Hidayət Heydərov - Denis Yartsev (Rusiya)
1/2 final. Hidayət Heydərov - Soiçi Haşimoto (Yaponiya)
BÜRÜNC. Hidayət Heydərov - Odbayar Qanbaatar
1/32 final. Rüstəm Orucov - Akil Qyakova (Kosova)
1/16 final. Rüstəm Orucov - Pyer Dupratla (Fransa)
1/8 final. Rüstəm Orucov - Behruzi Xocazodaya (Tacikistan)
1/4 final. Rüstəm Orucov - Saiyinjiriqala (Çin)
1/2 final. Rüstəm Orucov - Çanqrim An (Cənubi Koreya)
FİNAL. Rüstəm Orucov - Soiçi Haşimoto (Yaponiya)
57 kq
1/32 final. Səkinə Zayirova - Viktoriya Mayorosova (Slovakiya)
1/32 final. İçinxorlo Munxtsedev - Xayone Ekuisoayn (İspaniya)
Qeyd edək ki, hələlik Azərbaycan yığmasından Orxan Səfərov (60 kq) gümüş medal qazanıb.