Daha 5 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır

Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı başa çatmaq üzrədir.

Sportline.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq.

Kişilər
90 kq

1/16 final. Məmmədəli Mehdiyev - Jesper Smink (Niderland)

100 kq
1/16 final. Zelim Kotsoyev - Aleksey Lısenko (Polşa)
1/16 final. Elmar Qasımov - Aaron Fara (Avstriya)

+100 kq
1/8 final. Uşangi Kokauri - Tamerlan Başayev / Riçard Sipoç (Macarıstan) görüşünün qalibi

Qadınlar
+78 kq

1/4 final. İrina Kindzerska - Sara Alvares (İspaniya) / Milika Zabiç (Serbiya) görüşünün qalibi

Qeyd edək ki, əvvəlki yarış günlərində Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb. Avropa çempionatında 40 ölkədən 209 kişi və 136 qadın olmaqla, ümumilikdə 345 cüdoçu mübarizə aparacaq.