"Böyük dəbilqə": Mehdiyev qızıl, Kotsoyev və Kindzerska bürünc medal qazandı
Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə "Böyük dəbilqə" turniri yekunlaşır. SportLine.az xəbər verir ki, yarışın son günündə Azərbaycan 5 idmançı ilə təmsil olunur.
Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Elmar Qasımov və Uşangi Kokauri kişilərin, İrina Kindzerska isə qadınların yarışında ümidləri doğrultmağa çalışıb.
M.Mehdiyev bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Onun həlledici görüşdə rəqibi Yaponiya təmsilçisi Sanşiro Murao olub. Burada da rəqibinə aman verməyən idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Z.Kotsoyev və İ.Kindzerska isə bürünc medal uğrunda görüşlərdə ümidləri doğruldub.
Qeyd edək ki, bunadək Rüstəm Orucov "Böyük dəbilqə"də bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan komandası "Böyük dəbilqə" yarışını 1 qızıl və 3 bürünc medalla bitirib.
KİŞİLƏR
90 kq
FİNAL: Məmmədəli Mehdiyev - Sanşiro Murao (Yaponiya)
1/2 final. Məmmədəli Mehdiyev - Aleksandar Kukol (Serbiya)
1/4 final. Məmmədəli Mehdiyev - İvan Felipe Silva Morales (Kuba)
1/8 final. Məmmədəli Mehdiyev - Robert Florentino (Dominikan Respublikası)
1/16 final. Məmmədəli Mehdiyev - Hebilige Bu (Çin)
1/32 final. Məmmədəli Mehdiyev - Li Koçman (İsrail)
100 kq
Bürünc medal görüşü. Zelim Kotsoyev - Boyan Dosen (Serbiya)
1/2 final. Zelim Kotsoyev - Kentaro İida (Yaponiya)
1/4 final. Zelim Kotsoyev - Ramadan Darviş (Misir)
1/8 final. Zelim Kotsoyev - İvan Remarenko (BƏƏ)
1/16 final. Zelim Kotsoyev - Xoakim Dvarbi (İsveç)
1/32 final. Zelim Kotsoyev - Aaron Fara (Avstriya)
1/8 final. Elmar Qasımov - Loren Böhler (Avstriya)
1/16 final. Elmar Qasımov - Tomas Briseno (Çili)
+100 kq
1/8 final. Uşangi Kokauri - Yohannes Frey (Almaniya)
1/16 final. Uşangi Kokauri - Ceyqu Yun (Cənubi Koreya)
QADINLAR
+78 kq
Bürünc medal görüşü. İrina Kindzerska - Niel Şeyx (Tunis)
1/2 final. İrina Kindzerska - İdalis Ortis (Kuba)
1/4 final. İrina Kindzerska - Maria Suelen Alteman (Braziliya)
1/8 final. İrina Kindzerska - Kseniya Çibişova (Rusiya)