Daha 5 cüdoçumuz mübarizəyə qatılır

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqə turnirində bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə qatılır.

Sportline.az xəbər verir ki, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev 1/16 finalda Orelyen Disslə (Fransa) üz-üzə gələcək.

100 kq-dakı Zelim Kotsoyev 1/16 finalda Boris Georgiyevlə (Bolqarıstan), eyni çəkidəki Elmar Qasımov isə İoakim Dvarbi (İsveç) ilə qarşılaşacaq.

+100 kq çəkidəki Uşangi Kokauri Ben Spiykersin (Niderland), Camal Feyziyev Serafim Kompanyesin (İsrail) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb. 66 kq-dakı Nicat Şıxəlizadə yeddinci olub. Yığma ikinci günü medalsız başa vurub.