Daha bir futbolçu "Barselona"dan gedir

"Barselona"nın hücumçusu Memfis Depay klubdan ayrılmağa yaxındır. 

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" səhifəsində yazıb. Bildirilib ki, tərəflər müqavilənin ləğvi ilə bağlı razılığa gəliblər. Ancaq hazırda onun klubdan ayrılma vaxtı "Yuventus"dan asılı olacaq. Hazırda Depay və "Yuventus" arasında danışıqlar davam edir.

Qeyd edək ki, Depay ötən mövsüm "Barselona"da 37 oyunda 13 qol vurub, 2 qolun ötürməsini verib.