Daha bir klub Mahir Emreliyə təklif göndərib

Polşanın daha bir klubu "Qarabağ"ın hücumçusu Mahir Emrelinin xidmətində maraqlıdır. 

Sportline.az xəbər verir ki, yüksək liqa təmsilçilərindən "Rakuv" 24 yaşlı futbolçu lə maraqlanır.

Daha əvvəl Polşanın “Zaqlembe” klubu Emreli üçün təklif göndərib. Lakin forvard 200 min avro məvacib istədiyi üçün keçid gerçəkləşməyib.

Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la bu ilin yayınadək müqaviləsi var. "Rakuv" isə, Polşa Ekstraklasasında 14 turdan sonra 28 xalla 2-ci pillədə qərarlaşıb. Çenstoxova şəhərinin komandası ilk mövqedəki Varşava "Legiya"sından 1 xal geri qalır.