Daha bir legioner Rusiya klubundan ayrıldı
"Rostov"un futbolçusu Kento Haşimoto klubdan ayrılıb.
Sportline.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi "Rostov"la müqaviləsinə xitam verib.
Qeyd edək ki, fevralın 24-də Rusiya və Ukrayna arasında müharibə başlamasından sonra bir sıra legioner futbolçu Rusiya klublarından ayrılıb.