Daha bir məşhur futbolçu koronavirusa yoluxdu

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Dani Karvahal koronavirusa yoluxub.

Sportline.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı cinah müdafiəçisinin testi pozitiv çıxıb.

Karvahal dərhal karantinə alınıb.

Qeyd edək ki, Dani Karvahal 2013-cü ildən "kral klubu"nda çıxış edir.