Daha bir ulduz Səudiyyə Ərəbistanında

"Çelsi"nin qapıçısı Eduar Mendi karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Fabrisio Romano "tvitter" səhifəsində məlumat yayıb.

Futbolçunun "Əl-Əhli" ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırdığı bildirilir.

Seneqallı qolkiperin yeni klubu ilə 2026-cı ilədək müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Mendi 2020-ci ildən "Çelsi"nin şərəfini qoruyur.