Daha iki cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır

Bu gün daha 2 cüdoçumuz Portuqaliyanın paytaxtı Lissabonda davam edən Avropa çempionatında mübarizəyə qoşulacaq.

Sportline.az xəbər verir ki, yarışın ikinci günündə 81 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayacaq.

1/16 finalda Fətiyev türkiyəli Vedat Albayrak, Heydərov isə almaniyalı Niklas Blöxl ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq.

Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. İlk gündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.