DÇ-2017: Daha bir cüdoçumuz tatamiyə çıxır

Budapeştdə cüdo üzrə Dünya Çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın dördüncü günündə daha bir cüdoçumuz tatamiyə çıxacaq.

63 kq çəki dərəcəsində yarışan qadın idmançımız Gülsədəf Kərimova mübarizəyə 1/32 finaldan başlayacaq. Həmyerlimiz ilk sınağında Anrikuelis Barriosla (Venesuela) üz-üzə gələcək.

Qeyd edək ki, bu günədək komandamızın aktivində iki medal var. Orxan Səfərovla (60 kq) və Rüstəm Orucov (73 kq) fəxri kürsünün ikinci pilləsinə qalxmaqla seçməmizin hesabına gümüş medal yazdırıb.

Qadınlar

63 kq

1/32 final. Gülsədəf Kərimova - Anrikuelis Barrios (Venesuela)