DÇ: Azərbaycan seçməsi medalsız qaldı

Bakıda keçirilən cüdo üzrə Dünya çempionatı bu gün yekunlaşacaq. SportLine.az xəbər verir ki, son yarış günündə komandalar üz-üzə gəlir.

Mübarizəyə 1/8 final mərhələsindən start verən Azərbaycan seçməsinin ilk rəqibi Avstriya olub. Bu görüşü qalib bitirən komandamız ardınca Yaponiya ilə üz-üzə gəlib. Dueldən məğlub ayrılan Azərbaycan mübarizəni 1/4 finalda dayandırıb.

Ardınca təsəlliverici görüşlərə qatılan komandamız Hollandiya ilə qarşılaşıb və rəqibini məğlub edib. Bununla da, Azərbaycan seçməsi bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Burada Rusiya cüdoçuları ilə üz-üzə gələn komandamız məğlubiyyətlə üzləşib və Mundialı medalsız bitirib.

Cüdo, Dünya çempionatı
Komanda yarışları

1/8 final

Azərbaycan - Avstriya - 4:1 

57 kq. İçinxorlu Munxtsedev - rəqibi olmadığı üçün qalib elan olunub. 

70 kq. Günel Həsənli - Mixaela Polleres - 0:1

+70 kq. İrina Kindzerska - Mariya Höllvart - 1:0

90 kq. Tural Safquliyev - Sebastian Şnayder - 1:0

+90 kq. Uşangi Kokauri - Daniel Allerstorfer - 1:0

1/4 final

Azərbaycan - Yaponiya - 2:4 

57 kq. İçinxorlu Munxtsedev – Momo Tamaoki – 0:1

70 kq. Günel Həsənli – Yoko Ono - 0:1

+70 kq. İrina Kindzerska – Sara Asahina - 0:1

90 kq. Məmmədəli Mehdiyev – Mukayi Şoiciro - 1:0

+90 kq. Uşangi Kokauri– Yusey Oqava - 1:0

73 kq. Rüstəm Orucov – Arata Tatsukava -  0:1

Təsəlliverici 

Azərbaycan - Hollandiya - 4:2

57 kq. İçinxorlu Munxtsedev – Devi Kartauz – 1:0

70 kq. Günel Həsənli – Fransen Yul - 0:1

+70 kq. İrina Kindzerska – Van Dik Sanne - 1:0

90 kq. Məmmədəli Mehdiyev – Noel Van End - 1:0

+90 kq. Uşangi Kokauri – Roy Meyer - 0:1

73 kq. Hidayət Heydərov – Sam Van Vestend - 1:0

Bürünc medal görüşü

Azərbaycan - Rusiya - 1:4