De Brüyne getsə Palmer gələcək

“Mançester Siti”dən “Əl-Nəsr” klubuna yanvarda keçmə ehtimalı olan Kevin De Brüynenin yerinə “şəhərlilər” yeni futbolçu axtarışına çıxıb.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Çelsi”dən Kol Palmeri yenidən heyətinə qatacağı iddia olunur. Klub Palmer üçün “Çelsi”yə 150 milyon avro ödəməyə hazırdır.

Kol Palmer “Man Siti” yetirməsidir, 2020-23-cü illərdə “şəhərlilərin” heyətində çıxış edib. 47 milyon avro qarşılığında “Çelsi”yə transfer olunmuşdu.

Qeyd edək ki, Kol Palmer bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 6 qol və 5 asistlə yadda qalıb.