De Brüyne "Mançester Siti"dən ayrılacaq
"Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Brüyne klubdan ayrılmaq qərarına gəlib.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın "San Dieqo" klubu De Brüyne ilə razılıq əldə edib.
Transferin mövsümün sonunda reallaşacağı gözlənilir.
Qeyd edək ki, De Brüyne cari mövsüm çıxış etdiyi 24 matçda 2 qol və 6 asistlə yadda qalıb.