De Brüyne "Mançester Siti"dən ayrılır

"Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Brüyne mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, ABŞ-ın "San Dieqo" klubu Kevinlə yaxından maraqlanır.

33 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, K.De Brüyne 2015-ci ildən  "Mançester Siti"nin şərəfini qoruyur.