De Byazi ilkin siyahını açıqladı

UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakı şəhərində təşkil olunacaq ilkin təlim-məş toplanışına dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.

Sportline.az xəbər verir ki, baş məşqçi Canni De Byazi ilkin təlim-məşq toplanışına xaricdə forma geyinən milli üzvlərini də dəvət edib.

Toplanışın növbəti mərhələsi mayın 29-da başlayacaq.

Azərbaycan millisi Millətlər Liqasında iyunun 3-də səfərdə Qazaxıstan, iyunun 6-da Serbiyada Belarus, iyunun 10-da Bakıda Slovakiya, iyunun 13-də isə yenə paytaxtda Belarusla üz-üzə gələcək.

1. Səlahət Ağayev - Sabah

2. Emil Balayev - Turan (Qazaxıstan)

3. Rəşad Əzizli - Səbail

4. Höccət Haqqverdi - Sumqayıt

5. Anton Krivotsyuk - Visla (Plotsk, Polşa)

6. Azər Salahlı - Neftçi

7. Bəxtiyar Həsənalızadə - Sabah

8. Eddi İsrafilov - Neftçi

9. Emin Mahmudov - Neftçi

10. Aleksey İsayev - Sabah

11. Anatoli Nuriyev - Sumqayıt

12. Dmitri Nazarov - Ersgebirge (Almaniya)

13. Namik Ələskərov - Bursaspor (Türkiyə)

14. Renat Dadaşov - Tondela (Portuqaliya)

15. Mahir Emreli - Dinamo (Zaqreb, Xorvatiya)

Dmitri Nazarov və Renat Dadaşov komandaya mayın 25-dən sonra qoşulacaq.