De Xeya "Bavariya"ya keçməyə hazırdır
David De Xeya "Bavariya"nın formasını geyinməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Florian Plettenberq tvitter hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, "Bavariya" "Mançester Siti"nin qapıçısı Ştefan Orteqa ilə anlaşa bilməsə De Xeyaya üstünlük verəcək.
Qeyd edək ki, ispaniyalının "Mançester Yunayted"lə iyun ayında bitən müqaviləsinin müddəti artırılmayıb.