"Qəbələ" debütantı xalsız yola saldı

Bu gün Topaz Premyer Liqasında 11-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Çempionluq uğrunda mübarizə aparan "Qəbələ" doğma meydanda debütant "Səbail"lə üz-üzə gələcək.

"Radarlar" qələbə qazanmaqla çempionluq yolunda daha bir inamlı addım atmaq niyyətindədirlər. Bakı klubu isə çətin sınaqdan üzüağ çıxmaq barədə düşünür.

04 noyabr 2017
TPL, 11-ci tur

“Qəbələ” – “Səbail” - 3:1
QOLLAR:
Famussa Kone, 16 (1:0); Baqali Dabo, 29 (2:0); Baqali Dabo, 83 (3:0); Eltun Yaqublu, 87 (3:1)

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu

Standings provided by Sofascore LiveScore