Dembele Fransa millisində yubiley oyununa çıxıb

Ötən gün Millətlər Liqasında keçirilən Fransa-İtaliya oyunu Usman Dembele üçün əlamətdar olub.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, fransalı futbolçu milli komanda ilə 50-ci oyununu keçirib.

Dembelenin milli komanda ilə aktivində 5 qol var. O, "üçrənglilər"in heyətində 2018-ci ildə Dünya Kubokunu qazanıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu hazırda PSJ-də çıxış edir. Onun paytaxt klubu ilə 2028-ci ilə qədər müqaviləsi var.