Deşam Mbappeni "Qızıl top"a layiq bilir
Fransa millisinin baş məşqçisi Didye Deşam hesab edir ki, Kilian Mbappe mövsümün sonunda “Qızıl top”a layiqdir.
Sportline.az xəbər verir ki, Mbappe PSJ ilə Liqa 1-i qazanıb və Çempionlar Liqasının 1/8 finalında "Bavariya" tərəfindən mübarizədən kənarlaşdırılıb. Fransalı futbolçu 2022-ci il dünya çempionatının finalında isə Argentinaya uduzub.
Kilian 34 matçda 29 qol vuraraq ardıcıl 5-ci dəfə Fransa çempionatının bombardiri olub.