Devid Bekhem: "Səhərlər bir, günün qalan vaxtında digər klubun formasını geyinirdim"

Devid Bekhem ailəsindəki futbol sərgüzəştləri ilə bağlı xatirələrini bölüşüb.

Sportline.az xəbər verir ki, əfsanəvi futbolçu "Mançester Yunayted" klubunun 7 nömrəli forması haqqında qısametrajlı filmdə  bunları deyib: "Valideynlərim mənə "Mançester Yunayted", babam isə "Tottenhem" forması hədiyyə edirdi".

Səhərlər "Mançester Yunayted"in, gündüzlər "Tottenhem"in köynəyini geyinərdim" 

Qeyd edək ki, Bekhem 1991-ci ildə "qırmızı şeytanlar"a qoşulana qədər "Tottenhem"in gənclər komandasında oynayıb.