Di Maria Messini geridə qoyub

 "Benfika" klubunun futbolçusu Anxel Di Mariya UEFA Çempionlar Liqasında məhsuldar ötürmə sayında Lionel Messini geridə qoyub.

Sportline.az xəbər verir ki, argentinalı futbolçu buna səfərdə Fransa təmsilçisi "Monako"ya qalib gəldikləri matçda (3:2) nail olub.

36 yaşlı oyunçu sözügedən qarşılaşmada iki assistlə yadda qalıb. O, qitənin bir nömrəli klub turnirindəki məhsuldar ötürmələrinin sayını 41-ə çatdırıb.

Beləliklə, Di Mariya həmyerlisi Lionel Messini (40) qabaqlayıb. Hazırda ÇL-də rekordçu Kriştianu Ronaldudur - 42 assist.

Qeyd edək ki, Anxel Di Mariya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 8 qol və 5 asistlə yadda qalıb.