Di Mariya keçmiş klubuna geri qayıdır

Argentinalı ulduz Di Mariya ölkəsinə geri dönmək istəyir.

Sportline.az Record-a istinadla xəbər verir ki, 36 yaşlı müdafiəçi yay transfer pəncərəsində "Rosario Sentral"a keçəcək.

Klubun keçmiş əfsanəvi futbolçularından olan Kili Qonzales Di Marianın gələcəyi ilə bağlı danışarkən, "Anxellə çox xüsusi münasibətim var. Onunla bu yaxınlarda danışdım və o, mənə qayıtmaq istədiyini söylədi" fikirlərini səsləndirib.

Di Mariya bu mövsümün əvvəlində "Yuventus"dan "Benfika"ya transfer olunub.

Qeyd edək ki, ulduz futbolçu bu mövsüm Portuqaliya klubu ilə çıxdığı 28 oyunda 9 qol və 11 asistlə yadda qalıb.