Dibala "Yuventus"dan gedir

"Yuventus"un gənc ulduzu Paulo Dibala qış transfer pəncərəsində komandadan ayrılacaq. SportLine.az xəbər verir ki, İngiltərənin "Sun" nəşri bu iddia ilə çıxış edib.

Məlumata əsasən, argentinalı futbolçu karyerasını Premyer Liqada davam etdirəcək. P.Dibalanın meneceri ilə razılığa gələn "Mançester Yunayted" hazərda "Yuventus"u razı salmaq barədə düşünür.

"Qoca sinyora" isə 175 milyon avro təzminat məbləği tələb edir.

Qeyd edək ki, 2015-ci ildə "Palermo"dan Turin təmsilçisinə keçib.