Didye Deşam: "Bütün komandalara hörmətlə yanaşıram“
Futbol üzrə Azərbaycan millisi bu gün meydanda aqressiv davranıb.
Sportline.az xəbər verir ki, bu barədə Fransa seçməsinin baş məşqçisi Didye Deşam mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan komandasına qalib gəldikləri (3:1) matçla bağlı fikirlərini bölüşüb:
"Burada məqsədimiz işimizi görmək idi. Birinci hissə çətin oldu. Rəqib çox aqressiv davranırdı. Sonda qalib gəldik. Oyunçularla danışdım. Növbəti matçlara da hazırıq".
O, hesabda geri düşmələrinə də münasibət bildirib:
"Oyunlar 90 dəqiqə olur. Təəssüf ki, aqressiv və dinamik komanda ilə qarşılaşdıq. Rəqib qol vurdu, amma sonra vəziyyəti dəyişə bildik. Əlimizdən gələni etdik və qələbə qazandıq".
Deşamın sözlərinə görə, Azərbaycan millisində də irəliləyiş var:
"Bütün komandalara hörmətlə yanaşıram. Kiçik ölkələr də öz üzərilərində işləyirlər. Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasında oynayır, xallar qazanır. Biz Bakıda əla vaxt keçirdi. Stadiondakı atmosfer də yaxşı idi".