Dieqo Simione İtaliyaya dönmək istəyir

“Atletiko Madrid” klubunun baş məşqçisi Diqeo Simyone İtaliyaya dönmək istəyir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,  təcrübəli mütəxəsis “Atletiko Madrid”lə müqaviləsi başa çatdıqdan sonra İtaliya klublarından birini çalışdırmaq arzusundadır.

Dieqo Simyone açıqlamasında : “Hazırda “Atletiko Madrid”lə uzun müddətli müqaviləm var, amma karyeraımın sonlarına doğru İtaliya A Seriyasında çıxış edən klublardan birini çalışdırmaq istəyərəm”,-deyib.

Qeyd edək ki, Dieqo Simyone daha öncə “Katania”, “San Lorenzo” və “Estudiantes” klublarını çalışdırıb.