"Dinamo"nun baş məşqçisi getdi
Rusiya "Dinamo"su baş məşqçisi Slavişa Yokanoviçlə yolları ayırıb.
Sportline.az Moskva təmsilçisinin saytına istinadən xəbər verir ki, serbiyalı mütəxəssislə müqavilə vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv olunub. Komandanı bu mövsümün qalan oyunlarına Pavel Alpatov hazırlayacaq.
Qeyd edək ki, S.Yokanoviç 2022-ci ilin iyunundan Rusiya Premyer Liqası təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 27 turdan sonra 42 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.