“Dinamo Kiyev” qazandı, liderlə xal fərqi 2-yə endi

Ukraynada çempioluq mübarizəsi həyəcanı davam edir.

Sportline.az xəbər verir ki, Premyer Liqada 6-cı turdan təxirə salınmış oyunda çempionluğa əsəs namizədlərdən “Dinamo Kiyev” bugün səfərdə “Zorya Luqansk”ın qonağı olub.

Matç paytaxt təmsilçisinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Dinamo”ya qələbə gətirən qolları 7-ci dəqiqədə Andriyevski, 22-ci dəqiqədə Vladislav Kabaev və 67-ci dəqiqədə Brajko vurub.

20 turdan sonra xallarının sayını 44-ə çatdıran “Dinamo Kiyev” 3-cü sıraya yüksəlib.Çempionata 46 xalla “Şaxtyor” (20 oyun) başçılıq edir.Aktivində 22 oyun olan “Krivbass” 46 xalla ikinci pillədədir.