"Diqqətimizi "Qarabağ"a yönəldəcəyik"

"Viktoriya"nın (Plzen, Çexiya) yeni transferi Erik Jirka Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəkləri matçlar haqqında danışıb. 

Sportline.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına müsahibəsində deyib: 

"Mən hazıram! Bu gün komanda ilə məşq etdim. Sabahkı oyuna hazırlaşırıq. Bizi vacib matç gözləyir. Çünki hər bir yarış önəmlidir. Bundan sonra isə diqqətimizi "Qarabağ"a yönəldəcəyik”.

Qeyd edək ki  "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.