Divizion klubları yenə elitadan kənarda qaldılar

AFFA Lisenziyalaşdırma Komissiyası I Divizion klublarının Azərbaycan Premyer Liqasında iştirak üçün müraciətlərini müsbət cavablandırmayıb.

Sportline.az xəbər verir ki, “Kəpəz”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala”ya elitada iştirak üçün lisenziya verilməyib. Əvəzində yenə Premyer Liqadakı 8 klubun hamısı - "Qarabağ", "Neftçi", “Sumqayıt”, “Zirə”, “Keşlə”, “Sabah”, "Səbail" və "Qəbələ"yə gələn mövsüm də yüksək liqaya buraxılıb.

Müraciətləri rədd edilən klublar imtina barədə bildiriş aldıqdan sonra 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilərlər.