Doku: "Biz daha yaxşı idik"

İngiltərə Premyer Liqasının (İPL) 26-cı turunda öz meydanında "Liverpul"a 0:2 hesabı ilə məğlub olan "Mançester Siti"nin vingeri Jeremi Doku yenilgiyə münasibət bildirib.  

Sportline.az xəbər verir ki, belçikalı futbolçunun fikirləri "şəhərlilər"in rəsmi saytı tərəfindən belə təqdim edilib:  

"Əlimizdən gələni etdik, çoxlu qol epizodları yaratdıq, lakin "Liverpul" iki dəfə fərqləndikdən sonra müdafiəyə çəkildi. Oyunun gedişatına baxsaq, əslində bizdən üstün deyildilər. Onları təbrik etmək lazımdır, iki qol vurdular... Ancaq biz pis oynadığımızı düşünmürəm".

Qeyd edək ki, 27 oyundan 64 xal toplayan "Liverpul" İPL turnir cədvəlinin lideridir. 26 matçda 44 xal qazanan "Mançester Siti" isə 4-cü pillədə qərarlaşıb.