"Dortmund" "Bavariya"nın "qapısını döyür"

Dortmund "Borussiya"sı "Bavariya"nın fransalı müdafiəçisi Benjamin Pavarı heyətinə qatmaq niyyətindədir.

Sportline.az Sky Sport Germany nəşrinə istinadən xəbər verir ki, dortmundluların futbolçu ilə danışıqlarının müsbət məcrada davam etdiyi bildirilir.

Əsas sözü isə "Bavariya" rəhbərliyi deməlidir.

Qeyd edək ki, bu mövsüm meydana çıxdığı 43 oyunda 7 qol və bir məhsuldar ötürmə müəllifi olan Pavarın münhenlilərlə gələn mövsümün sonundaək müqaviləsi var.