"Dortmund" "Sportinq"ə qarşı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun olacaq.

Sportline.az xəbər verir ki, “Borussiya Dortmund” “Siqnal İduna Park”da “Sportinq”i qəbul edəcək.

İlk oyunda səfərdə rəqibi 3:0 hesabı ilə məğlub edən “Dortmund” bu görüşə daha rahat çıxacaq.

Almaniya təmsilçisinin meydana optimal heyətlə çıxacağı gözlənilir.

“Sportinq”də isə itkilərin sayı kifayət qədərdir. Pedro Qonçalves, Daniel Braqansa, Geni Katamo, Morita və Nuno Santos zədədən əziyyət çəkir.

Görüşü italiyalı hakim Davide Massa idarə edəcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.