Dortmundda "sular bulanıb"

Dortmund "Borussiya"sında işlər qaydasında getmir.

Sportline.az xəbər verir ki, son vaxtlar qələbə qazanmaqda çətinlik çəkən komandada ciddi problemlər var.

Bild nəşrinin yaydığı məlumata görə, bəzi oyunçular baş məşqçi Edin Terziçin getməsini istəyirlər.

Onun oyun tərzindən narazı olanlar arasında Marko Roysun da adı hallanır.

Onun 16-cı turun "Mayns"la oyununda kənarda qalmasının da bu səbəbdən qaynaqlandığı bildirilir.

Qeyd edək ki, Terziç 2022-ci ilin yayından komandanın sükanı arxasındadır.