Döyüş üçün xüsusi geyim hazırladılar

WBC, WBA və WBO versiyaları üzrə mütləq dünya çempionu Aleksandr Usikin komandası döyüşə hazırlığı davam etdirir.

Sportline.az xəbər verir ki, ukraynalılar Tayson Fyuri ilə revanş qarşılaşması üçün xüsusi geyimlər hazırlaşyıblar.

Onlar döyüş həftəsində bu qiyafədə üzə çıxacaqlar.

Xüsusi geyimlərdə Ukraynanın milli ornamentlərinə, həmçinin, Usikin karyerasının vacib məqamlarını əxz edən rəqəmlərdən çıxarışlara üstünlük verilib. 

Qeyd edək ki, Usik - Fyuri qarşılaşması dekabrın 21-də Ər-Riyadda təşkil olunacaq.

Boksçular arasında mütləq çempionluq uğrunda mayda keçirilən ilk döyüşdə Aleksandr Usik hakimlərin qərarı ilə qalib gəlmişdi.