Dünya çempionatı: Azərbaycanın olimpiya çempionu bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

Sportline.az xəbər verir ki, 1/4 finalda məğlub olan olimpiya çempionu təsəlliverici qarşılaşmada İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə qalib gəlib.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.